Uels yığmasının kapitanı Qaret Beyl komandasının DÇ-2022-nin final mərhələsində oynamasını Hollivud filminin ssenarisinə oxşadıb.
Fanat.Az xəbər verir ki, "The Sun" təcrübəli forvarddan sitat təqdim edib:
"Uels 64 ildir ki, dünya çempionatında iştirak etmir. Qətərdəki mundiala vəsiqə qazanmaq şansı əldən vermədik.
Millidə gənc yaşlarımdan oynadığım, böyüdüyüm dostlarımla çiyin-çiyinə çıxış etmək həmişə xoşuma gəlib. Klublarımızda həyat necə olsa da, biz birlikdə oynamaqdan həzz alırıq.
Bu, inanılmaz bir Hollivud ssenarisidir. Başladığımız zaman indiki yerin heç olmasa yarısını kimsə mənə təklif etsəydi, belə bir fürsəti qaçırmazdım. Dörd böyük turnirdən üçünə vəsiqə qazanmaq arzumuzu gerçəkləşdirmişik”.
Qeyd edək ki, Uels DÇ-nin qrup mərhələsində İngiltərə, ABŞ və İrana qarşı mübarizə aparacaq.
Mirağa