Almaniyanın "Hamburq" komandasının futbolçusu Mario Vuşkoviçdə dopinq aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyası (DFB) məlumat yayıb.
Xorvatiyalı müdafiəçidən götürülmüş dopinq-testin cavabı müsbət çıxıb. Onun qan nümunəsində eritropoetin maddəsi tapılııb. DFB-nin Nəzarət Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlandığını açıqlayıb. Oyunçunun uzun müddət futboldan kənarlaşdırılacağı gözlənilir. Klubu da cəza gözləyir.
Qeyd edək ki, bu gün 21 yaşı tamam olan Mario Vuşkoviç bu ilin iyulunda Xorvatiyanın "Hayduk" klubundan "Hamburq"a keçib.
Mirağa