"Barselona"nın hücumçusu Usman Dembeleni transfer etmək istəyən Avropa nəhəngləri gələn ilin yayında ideal fürsət yaxlayacaqlar.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, cari mövsümün sonunda 25 yaşlı futbolçunun transfer qiyməti 100 milyon avrodan 50 milyona düşəcək.
Belə ki, bu ilin iyununda Usmanla 2 illik yeni anlaşma imzalayan Kataloniya klubu maliyyə problemləri üzündən təzminat məbləğini azaltmaq məcburiyyətində qalıb. Düzdür, tərəflərin sonradan anlaşmanın şərtlərinə yenidən baxması da nəzərdə tutulub. Lakin bu məqam belə, faktı dəyişmir.
Qeyd edək ki, bu mövsüm La Liqa və Çempionlar Liqası çərçivəsində 20 matça çıxaraq 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.