"Leyptsiq"in baş məqşçisi Marko Roze Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində evdə "Mançester Siti"yə qarşı keçirəcəkləri görüşdən öncə klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, Almaniya təmsilçisinin çalışdırıcısı belə danışıb:
"Əla oğlanlarla işləyir, onlara inanıram. Biz risk etmək və ən yaxşı komandalardan birinə qarşı cəsarətli oyun sərgiləmək istəyirik. Əlbəttə, Nkunku ilə Olmonun yoxluğunu hiss edirik. Ancaq heyətimiz genişdir və digər variantlarımız da var.
Bu, çox çətin oyun olacaq, amma hər şey mümkündür. Ortaya əsl komanda ruhu qoysaq və azarkeşlərimiz bizi dəstəkləsə, çox şeyə nail ola bilərik! Biz birlikdə güclüyük!"
Qeyd edək ki, "Leyptsiq" - "Mançester Siti" oyunu sabah keçiriləcək.
Nihat