Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Çelsi" - "Borussiya" (Dortmund) matçının (2:0) ən yaxşı oyunçusunun kimliyi bəllidir.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, "zadəganlar"ın müdafiəçisi Mark Kukurelyadır.
Xatırladaq ki, səfərdə 0:1 hesabı ilə uduzduğu "Borussiya"nı "Stemford Bric"də 2 cavabsız qolla üstələyən "Çelsi" adını 1/4 finala yazdırıb.
Nihat