"Real Madrid" Çempionlar Liqasının 1/4 finalında cavab görüşü çərçivəsində səfərdə "Mançester Siti" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, ilk görüşdə 3:3 hesablı heç-heçəyə razılaşan tərəflərin İngiltərədəki dueli daha gərgin alınıb.
"Etihad"dakı gőrűşűn əsas vaxtında hərəyə 1 qol vurublar. Əlavə vaxtda da qalib műəyyənləşmədiyi űçűn oyunsonrası penaltilərə ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən "Kral klubu" yarımfinala yűksəlib.
Görüşün videoicmalını təqdim edirik: