UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk matçda “Bayern” Almaniyada İspaniyanın “Real” klubunu qəbul edib.
Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb. Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.
Komandalar arasında cavab oyunu bir həftə sonra Madriddə olacaq.
Yarımfinalın digər qarşılaşması da sabah Almaniyada olacaq. "Borussiya Dortmund" PSJ-ni sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
Bayern Münhen (Almaniya) – Real Madrid (İspaniya) 2:2
Qollar: Leroy Sane, 53, Harri Keyn, 57-pen. - Vinisius Junior, 24, 83-pen.
Baş hakim: Kleman Türpin (Fransa)
Münhen. "Allianz Arena".