Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində növbəti görüş baş tutub.
Fanat.Az xəbər verir ki, PSJ Dortmund "Borussiya"sının qonağı olub.
"Siqnal İduna Park"da reallaşan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasında cavab görüşü mayın 7-də olacaq.
Yarımfinalın digər qarşılaşması ötən gecə Almaniyada keçirilib. "Bayern Münhen" - "Real Madrid" görüşü 2:2 başa çatıb.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may
Borussiya Dortmund (Almaniya) – PSJ (Fransa) 1:0
Qol: Füllkruq, 36.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Dortmund. "Siqnal İduna Park".