17:17 05.12.2020 1041

Şuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTO/VİDEO

"Sentyabrın 24-ü kiçik qardaşım İsmayıl hərbi səfərbərliklə xidmətə çağırıldı. 27-dən döyüşlərə qoşuldu. Mən isə ayın 28-dən könüllü olaraq döyüşlərə qatılmışam”. 

Bunu Oxu.Az-a peşəkar boksçu Rauf Ağayev deyib.

O, döyüşlər vaxtı, həmçinin, əsgərlərin təminat işləri ilə də məşğul olduğunu bildirib:

"Mən qoşulanda Füzulinin Şükürbəyli kəndində qızğın döyüşlər gedirdi. Komandir daha sonra dedi ki, biz irəliyə gedirik, ştatda olmadığın üçün səni özümüzlə apara bilmərəm. Elə oldu ki, qayıtdım.

Amma evdə qala bilmədim. Yenidən Hadrut istiqamətində onlara qoşuldum. Hər dəfə də gələndə özümlə əsgər üçün lazımi olan şeylər gətirirdim. İki şirkət bu məsələdə mənə kömək edirdi. Şuşa döyüşlərindən qabaq qardaşımgilə qoşuldum.

Özüm vaxtilə kəşfiyyatda taqım komandirinin müavini olmuşam. Ona görə də əsgərlərimizə öz təcrübəmdən öyrədirdim. Eyni zamanda, onların qidalanması, geyimi ilə bağlı təminatları yerinə yetirməyə çalışırdım.

Şükür Allaha ki, bizimlə döyüşənlərdən hamısı sağ-salamatdır. Yeri gəlmişkən, orada müğənni Vüqar Muradovun da ön cəbhəyə gedib əsgərlərimizin geyim və qida ilə təmin olunmasına yardım etdiyini görmüşəm.

Qardaşım oğlu da döyüşdə idi. Digər qardaşım Elçin də MAXE kimi vuruşurdu. Ümumiyyətlə, nəslimizdən 40-a yaxın bu müharibədə döyüşən olub. Bunlardan üçü yaralanıb, ikisi də şəhid olub.

Mən qeyri-rəsmi döyüşdüyüm üçün Şuşanın alınmasından bir həftə sonra qayıtdım. Qardaşım isə hələ də ordadır. O, 11-ə yaxın yaralı zabit və əsgəri döyüş meydanından çıxarıb, əsir gətirib özü ilə, neçə ermənini məhv edib. İstəmərəm ki, qardaşımın haqqı tapdansın”.

Peşəkar boksda "Aslan” ("Lion”) ləqəbi ilə tanınan 37 yaşlı Rauf bugünədək peşəkar boksda 35 döyüş keçirib və bunların 28-də qələbə qazanıb. Qalib gəldiyi döyüşçülər arasında ermənilər də olub. "Dinamo” İdman Cəmiyyətində məşqçi işləyən Rauf Şuşada həvəskar boks üzrə yeniyetmə və gənclərdə Azərbaycan çempionu olmuş qardaşı ilə məşq keçən ilk idmançı olub.

"İlk dəfə Aprel şəhidlərinin xatirəsinə boks turnirini mən keçirmişəm. Mənimlə döyüşən qazilərimizə söz vermişəm ki, bundan sonra II Qarabağ Müharibəsinin şəhid və qazilərinin xatirəsinə də turnir keçirəcəyəm.

İlk belə turnir dekabrın 10-da Türkiyədə olacaq, orada döyüşüm baş tutacaq. Sonra bunu Bakıda da etməyi planlaşdırmışıq.

Ümumiyyətlə, özüm döyüşlərimdə rinqə şəhidimiz Mübariz İbrahimova həsr edilmiş musiqinin sədaları altında çıxıram”, - deyə Rauf Ağayev deyib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da -RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X