11:23 28.03.2025 1951

"İstəyirəm ki, 10-a yaxın yığma üzvü mənimlə "Şamaxı"da olsun" - Ayxan Abbasov

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Martın ortalarında AFFA-nın İcraiyyə Komitəsi aşağı yaş qruplarından ibarət yığma komandalara təyinatlar reallaşdırdı ki, 21 yaşlılardan ibarət millinin baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olundu. O, paralel olaraq "Şamaxı"dakı vəzifəsini də davam etdirəcək. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub. 

Abbasov artıq yığmada fəaliyyətə başlayıb. O, U-21-i Türkiyəyə təlim-məşq toplanışında aparıb. Hazırlıq çərçivəsində Moldova (2:0) və Şimali Makedoniya (0:0) ilə yoldaşlıq görüşləri keçirən gənclər yığmasının çalışdırıcısı ilə söhbətləşib onun yeni işindəki ilk təəssüratlarını, millinin qarşıdakı planları və digər məsələlərlə bağlı söhbətləşdik. 

44 yaşlı mütəxəssisin Fanat.Az-a müsahibəsi belə alındı:

- İlk öncə Türkiyə toplanışını dəyərləndirməyinizi istərdik...

- İlk toplanışımız idi. Əlbəttə, bizim üçün çox vacib, faydalı hazırlıq oldu. İlk növbədə hər kəs bir-birini tanıdı. Yeni komandadır və hər kəsin bir yerdə olması, məşq etməsi, oynaması vacib idi. İlk dəfə bir araya gəlməyimiz baxımından toplanışı yaxşı dəyərləndirirəm. Futbolçular çox həvəsli idilər. Məşqlər istədiyimiz tempdə keçirdi. Oyunlarda da məşqlərdəki həmin əzmkarlığı görə bildik. Bundan sonra işimiz daha çox və daha məsuliyyətli olacaq. Bildiyimiz kimi, milli komandanın fasiləsi az olur. Futbolçuları 5-7 günlük qısa müddətdə hazırlamalısan. Həm öz oyununun üzərində işləməlisən, həm rəqibi təhlil etməlisən, həm də rəqibə uyğun taktika müəyyənləşdirməlisən. Deyərdim ki, bu baxımdan bizdə pis alınmadı.

- Yoldaşlıq görüşlərində qarşılaşdığınız Moldova, yoxsa Şimali Makedoniya hansı daha güclü idi?

- Rəqibləri təsnifata bölmək istəməzdim. Həm Moldova, həm də Şimali Makedoniya yaxşı rəqib idi. İkisi də reytinq baxımından bizdən üstündür. Onlarda da yaş dövrü ilə əlaqədar yeni komanda formalaşdırılır. Moldovaya qarşı 65-70 dəqiqə üstün futbol nümayiş etdirdik. Son 20 dəqiqə ərzində isə rəqibin böyük təzyiqi oldu. Həmin müddətdə futbolçularımın xarakter göstərməsi məni sevindirdi. Şimali Makedoniya daha möhkəm komandadır. Onlarla matçda mübarizə daha çox mərkəzdə getdi. Ayrı-ayrı rəqiblərə qarşı oynamaq bizim xeyrimizədir. Belədə futbolçuların milli təcrübəsi artır, fərqli üslubda oynayan komandaları tanıyırlar. Onu da əlavə edim ki, yığmadakı 2004 təvəllüdlü uşaqlar 2 ildir beynəlxalq oyun keçirmirdilər. U-21-ə düşməyən futbolçular kənarda qalmışdılar. 2005-2007 təvəllüdlülər isə AFFA-nın keçirdiyi aşağı liqalarda oynasalar da, təcrübələri az idi. Bu baxımdan, yoldaşlıq görüşləri bizə çox lazım idi.    

- Antalyaya 27 nəfərlik heyətlə yollanmışdınız. Yığmaya namizəd olanların ümumi sayı nə qədərdir? Kənarda qalan çoxdur?

- Bir çox futbolçular var ki, onları iş başında görmək istəyəcəyəm və ümumən seleksiyamız davam edəcək. Millinin qapıları həmişə hər kəsə açıq olacaq. Bu gün performansından narazı qaldığımız futbolçular irəlidə, çempionatda daha yaxşı nəticələr göstərərək milliyə yenidən dəvət ala biləcək. 4-5 futbolçu var ki, onların millidə necə performans göstərəcəkləri mənə çox maraqlıdır. Yay təlim-məşq toplanışında onları da millinin heyətində görmək istəyirəm.

- Antalyadakı oyunlarda yığma üzvlərinin himnimizi birlikdə oxumaları futbol ictimaiyyəti tərəfindən xoş qarşılandı. Necə düşünürsünüz, bu amil komandanın oyununa nə qədər təsir edir?

- Milli komandada milli ruh yüksək səviyyədə olmalıdır. Formanın necə böyük əhəmiyyət kəsb etdiyini hamı dərk etməlidir. Bəlkə də klublarda bu mövzuda az danışılır, amma mental olaraq özümüzü buna hazırlamalıyıq. Çünki yaşından asılı olmayaraq, millidə oynamaq hər kəsin arzusudur. U-21 elə yaş qrupudur ki, əsas millinin bir addım yaxınlığıdır. Əlbəttə, güclü rəqiblərlə oyunlarda məğlub ola bilərik, amma meydanda bütün ruhumuzla mübarizə aparmalıyıq, buna məcburuq. İlk növbədə dövlət himnimizin səslənməsi bizim üçün çox önəmli idi. Belə ki, bütün rəqiblər bizim oyunlara necə kökləndiyimizi gördülər. 

- Növbəti toplanışı nə vaxt və harada keçirməyi planlaşdırırsınız? Yoxlama oyunları üçün rəqib tapmısınız?

- Növbəti toplanış çempionat bitdikdən sonra olacaq və böyük ehtimalla, ölkəmizdə baş tutacaq. Bu toplanış çərçivəsində 2 yoldaşlıq oyunu planlaşdırmışıq. Bununla federasiya məşğuldur. Yəqin ki yaxın günlərdə məlumat verilər. 

- Hazırki heyətin neçə faizini seçmə mərhələdə, o cümlədən gələcəkdə əsas yığmada görə biləcəyik?

- Gənc futbolçularımızın yığmaya çağırılması sevindirici haldır. Ancaq mən həmin o oyunçuların əsas milliyə getməzdən öncə tam hazır vəziyyətdə olmasının tərəfdarıyam. Ora hazır getmələri üçün onlara beynəlxalq təcrübə lazımdır. Bu beynəlxalq təcrübələrin qazanılması üçün ən ideal yer isə U-21-dir. Əsas millidə qısa müddət ərzində meydanda olmaqla təcrübə qazanılması qeyri-mümkündür. U-21-də isə Portuqaliya, Çexiya kimi rəqiblərlə 90 dəqiqə meydanda mübarizə apararaq daha çox beynəlxalq təcrübə əldə edilir. Bu da gənc oyunçuların milli komandada rəqabətə dözə biləcəklərinə gətirib çıxarır. Komandamda çox potensiallı oyunçular var ki, onların potensiyalını yalnız biz yox, bizdən öncəki məşqçilər də görüb 19 və 21 yaş qruplarına seçiliblər. Bu oyunçular daha da inkişaf etməlidirlər. Mən onların gələcəkdə əsas milli komandada şans qazanacaqlarına inanıram.

- AÇ-də qrupdakı rəqiblərimizlə bağlı məlumat toplamağa başlamısınız? Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq haqda nə deyə bilərsiniz?

- Rəqiblər haqda yavaş-yavaş məlumat toplayırıq. Budəfəki milli fasiləsində rəqiblərimiz də çıxış etdilər. Oyunlarına baxıb detallı incələyəcəyik. Qrupda Portuqaliya və Çexiya eyni səviyyəli rəqiblərdir. Hətta mən çexləri portuqallardan üstün hesab edirəm. Son oyunlarına baxıb bu qənaətə gəlmişəm. Sözsüz ki, Portuqaliya hər yerdə favoritdir. Oyunçularının klublarına baxanda buna bir daha əmin olursan. Digər rəqibləri də təhlil edəcəyik. Ümumiyyətlə, qrupdakı bütün komandalara qarşı mübarizəmizi sona qədər aparacağıq. 

- Razısınız ki, seçmə mərhələdə ilk oyunun səfərdə, həm də qrupun favoritinə qarşı olması təqvimin çətinliyindən xəbər verir?

- İlk matçı evdə oynasaydıq, bu o demək deyil ki, bizə rahat olacaqdı. Tsiklə bir oyunla baxmırıq. Biz gələn tsikli də fikirləşirik və baxsanız, bizim heyətdə 2006-2007 təvəllüdlü futbolçular çoxdur. Bunlar bu il təcrübə yığsa, gələn tsikldə onlara çox rahat olacaq. Oynamalıyıq, buna da öyrəşməliyik. Gedib səfərdə Portuqaliyaya qarşı mübarizə aparmaq lazımdır. Bəli, bilirəm çox çətindir, amma bu, işimizin bir parçasıdır. Buna da hazır olmaq lazımdır.

- Həm "Şamaxı"da, həm də yığmada çalışmağınız çətin olmayacaq? Qrafikiniz sıx olacaq və istirahətə vaxtınız qalmayacaq. Həm də bundan sonra klubdakı rəqibləri təhlil edərkən onun heyətindəki gəncləri də diqqətdə saxlamalı olacaqsınız.

- Hər bir işdə çətinlik var. Əlbəttə, bizə də çətin olacaq, istirahətə az vaxt qalacaq. Amma buna dəyər. Həm millidə, həm də "Şamaxı"da işimizlə xidmət edə biliriksə, tövsiyyələrimiz futbolumuzun, futbolçularımızın inkişafına töhfə verirsə, bu, bizim istirahətimizdən vacibdir. İşimizi elə quracağıq ki, klubla yanaşı, milli üzvlərini də nəzarətdə saxlayacağıq. Köməkçilərim, o cümlədən yığmadakı əməkdaşlar buna nəzarət edəcəklər. "Şamaxı"nın rəqiblərini təhlil edərkən, istər-istəməz gənclərə də diqqət yetirəcəyik. Çox sevinərəm ki, U-21-in üzvləri Premyer Liqada mütəmadi çıxış etsinlər. Toplanışda Premyer Liqadan gələn futbolçular seçilirdi. Ümid edirəm ki, bu futbolçuları gələn mövsüm də Premyer Liqada görə biləcəyik.

- Növbəti mövsümün "Şamaxı"sı ilə bağlı təsəvvürünüzdəki fikirləri bilmək maraqlı olardı. Klubda gənc oyunçular çoxluq təşkil edəcək? 

- İlk növbədə "Şamaxı" rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Mənə iki yerdə işləmək üçün şərait yaratdılar. Ancaq burada klubun fəlsəfəsi də rol oynadı. Onlar da komandada gənc futbolçuları görmək istəyirlər. Belə bir fəlsəfələri var ki, komandaya gənc, yığma üzvü olan futbolçular cəlb olunsun. Həm "Şamaxı", həm də AFFA rəhbərliyinin fikirləri üst-üstə düşdü. Əlbəttə, bunu mən də istəyirəm. Klublara müqaviləsi olan yığma üzvlərinə görə müraciət edəcəyik. Gənc oyunçuların bir mövsüm icarə əsasında "Şamaxı"da keçirmələri onlar üçün də məqbul olar. Hansısa klubda onlara ehtiyac varsa, saxlayıb oynadacaqlarsa, şans verəcəklərsə, bu bizi daha çox sevindirəcək. İstəyirəm ki, 7-8, bir sözlə, 10-a yaxın yığma üzvü mənimlə "Şamaxı"da olsun. Həmin gənclərlə legionerlərin sintezindən yaxşı bir komanda düzəltmək, Premyer Liqada vuruşmaq istəyirik. Bu ideyaları həyata keçirmək üçün vaxtımız var. Hazırda əsas məsələ bu mövsüm Premyer Liqada yerimizi qorumaqdır. Çempionat gərgin keçir, bu həftəsonu dördüncü - həlledici dövrə başlayacaq. İlk işimiz elitada qalmaqdır. Ondan sonra növbəti mövsümlə bağlı planlarımızı həyata keçirməyə başlayacağıq.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:41

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X