12:20 20.08.2023 508

Milli üzvləri ÇL-də oynamayacaqlar - Borisov açıqladı

Avqustun 23-də UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Araz-Naxçıvan” ayın 21-də Bakı-İstanbul-Riqa reysi ilə Latviyaya yola düşəcək. 

Fanat.Az xəbər verir ki, komanda səfərə qədər məşqlərini gündə bir dəfə olmaqla "Olimpik Star"da reallaşdırıb. 

Eyni zamanda, 2 yoxlama oyunu keçirib ki, sparrin-rəqib Tacikistan çempionu “İstiqlol” olub. İlk matçda qələbəni Düşənbə təmsilçisi qazanıbsa (5:2), ertəsi gün keçirilən oyunda çempionumuz (4:1) sevinib. Futzal üzrə ölkə çempionunun baş məşqçisi Vitali Borisov yetirmələrinin məsul oyunlara nə dərəcədə hazır olub-olmaması ilə bağlı danışıb. Gənc mütəxəssis səfəröncəsi federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb: “Bir aydan artıqdır ki, hazırlıq keçirik. Komanda 10 gün təlim-məşq toplanışında oldu. Həmin müddətdə gündə 2 dəfə məşq edirdik, daha çox fiziki çalışmalara üstünlük verirdik. İki yoldaşlıq oyununda hazırlığımızı yoxladıq. Səhvlərimizi gördük, düzəldilməli istiqamətləri müəyyənləşdirdik. Ümumiləşdirsək, komanda oyunlara 80 faiz hazırdır”.

Baş məşqçi yoldaşlıq oyunlarındakı çatışmazlıqlardan da danışıb: “Mövsümün əvvəlidir, problemlər qaçılmazdır. Demək olar, komandanın bütün üzvlərinə oynamaq imkanı yaratdıq. Taktiki planda verilən tapşırıqları tam icra edə bilmədik. Bunun da səbəbləri var, açıqlamaq istəmirəm. Amma komandanın fiziki hazırlığı məni qane etdi”. 

Borisov rəqiblərlə bağlı məlumat toplamaqda çətinlik çəkdiklərini gizlətməyib: “Rəqiblərlə bağlı ətraflı bilgə əldə edə bilməmişik. Amma tam informasiyasız da deyilik. Transferlər haqda müəyyən qədər məlumatlıyıq. Onları oyunları zamanı görəcəyik”. 

Bu arada komandanın çalışdırıcısı Özbəkistan millisinin üzvləri - Husniddin Nişonov və Dilşod Rahmatovun “Araz-Naxçıvan”a kömək etməyəcəyini də qeyd edib: “Onların adlarını sifariq vərəqinə daxil etmədik. Çünki hər iki oyunçuya səfər üçün viza almaq mümkün olmadı. Vaxt azlığına görə bu cür problemlə üzləşdik. Onlar öz ölkəsinin millisinin heyətində turnirdə iştirak etdiklərinə görə Bakıya gec gəldilər. Nəticədə onlara viza almaq mümkün olmadı”.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də “İstanbul Şişli”, erkəti gün “Yan Regensburq”, ayın 26-da isə “Riqa” ilə üz-üzə gələcək. Əsas mərhələyə 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 1 komanda (cəmi 9) vəsiqə qazanacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

Facebookdan bizi izləməyi unutmayın.
X