13:46 16.12.2022 674

"Prezident təqaüdçüsü olmaq istəyirəm" - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Fanat.Az-a müsahibəsi

- Eldəniz, 2022-ci il ərzində həm Avropa, həm də dünya çempionu oldun. Üstəlik, V İslam Həmrəyliyi Oyunlarının da qızıl medalını qazandın. Nailiyyətlərə gedən yola bir daha nəzər salaq.
- İlin əvvəlindən qarşıma məqsəd qoymuşdum ki, bu ili tam şəkildə aktivimə yazmalıyam. Karyeramının son illərini yaşadığımı nəzərə alaraq sadəcə maksimum nəticələr barədə düşünürdüm. Nailiyyətlər, əlbəttə, asan başa gəlmədi. İl ərzində çox çalışdıq, çox əziyyət çəkdik. Elə oldu ki, övladlarım möhkəm xəstələndi, mən gedib onlara baş çəkə bilmədim. Hər şey də məhz bu amal üçün idi ki, ikinci dəfə dünya və Avropa çempionu olum. Müstəqillik dönəmində yunan-Roma güləşində ikiqat dünya çempionluğunu mənədək yalnız Fərid Mansurov qazanmışdı. Həmin tarixdən də nə az, nə çox düz 13 il keçirdi. Şükürlər olsun ki, hədəfimə yetişdim. Mən bunadək də çempion ola bilərdim. Bilirsiniz ki, 2018-ci ildə dünya çempionu olduqdan sonra bütün mundiallarda medal qazanmışam. Həmin mükafatlar bürünc əyyarlı olub. Amma mən əmin idim ki, qızıl medal qazanmaq potensialım böyükdür, sadəcə son anda öz səhvimdən qələbəni əldən verib yekunda üçüncü yerlə kifayətlənməli olurdum.

- Dünya çempionatından öncə səninlə danışanda Belqrad mundialından sonra olimpiya çəkisinə keçmək istəyində olduğunu bildirmişdin. Fikrində qalırsan?
- Sözün açığı, hələ tam qərar verməmişəm. Hazırda istirahətdəyik. Yanvardan məşqlərə başlayacağam. Çəkimi ilin əvvəlindən dəyişib-dəyişməyəcəyim məşqçilər heyətinin qərarınə baxacaq. 

- 55 kiloqram çəki dərəcəsində qalsan, üçüncü dəfə dünya çempionu olmaq imkanın böyükdür. Belə anlaşılır ki, səni tərəddüdə salan da məhz bu amildir. 
- Olimpiadada da güləşməyi çox istərdim. Planetin ən böyük idman yarışı olan Olimpiya Oyunlarında adi iştirak belə, böyük xoşbəxtlikdir. Amma bəli, üçüncü dəfə dünya çempionu olmağı, bununla ölkə yunan-Roma güləşində yeni tarix yazmağı çox istərdim. İnanıram ki, növbəti il daha rahat şəkildə dünya çempionu ola bilərəm. Həm üçqat dünya çempionlarına prezident təqaüdü təyin olunur. Onu almağı da çox istərdim.

Yenə deyirəm, yekun qərarı məşqçilər verəcək. Mənə qalsa, qarşıdakı Avropa və dünya çempionatlarını 55 kiloda güləşmək istəyərdim. Allah eləməmiş, dünya çempionatında 60 kiloqramda lisenziya qazanılmasa, onda həmin çəkiyə keçərəm. Lap lisenziya olsa belə, məlumdur ki, 60 kiloda yığmada böyük rəqabət yoxdur, Olimpiada ərəfəsində özümü orda sınaya bilərəm. Kim yaxşı olsa, o da iştirak edər.

- Deyirsən, növbəti il daha rahat çempion olaram. Bu əminlik nəyə söykənir?
- Özümü bunun üçün tam formada hiss edirəm. Üstəlik, hiss edirəm ki, artıq rəqiblərim də məndən daha çox çəkinməyə başlayıblar. Belə desək, psixoloji cəhətdən görüşə onlardan öndə başlayıram. 

- Heç etiraf edənlər olub?
- Olub. Gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiya deyib ki, hazırda sən bizdən çox güclüsən, indi səninlə rəqabət aparmaq bizə çox çətindir. Deyib, bəlkə, iki-üç il sonra bu mümkün olar. 

- Karyeranı nə vaxt yekunlaşdırmaq istəyirsən?
- Üç ildən sonra.

- Eldəniz, ölkə idmanında olimpiya növlərində bu il yeganə dünya və Avropa çempionluğunu sən əldə etdin. Belədə ilin idmançısı adına əsas namizədsən. Əsas rəqibin olaraq da cüdo üzrə bu il Avropa çempionu, dünya üçüncüsü və "Böyük Dəbilqə" turnirlərinin üçqat qalibi olan Hidayət Heydərovun adı çəkilir. Buna münasibətin maraqlıdır.
- Nəticələrə və növün rəqabət səviyyəsinə baxmaq lazımdır. Ola bilər ki, hər hansı kikboksçu da dünya və Avropa çempionu olar, amma bu, güləşlə eyniləşdirilə bilməz. Cüdo ilə güləşin səviyyəsi isə təxminən eynidir. Sadəcə, mən dünya və Avropa çempionu olmuşam, Hidayət isə dünya çempionatında üçüncü yeri tutub. Onu ilin idmançısı kimi görənlərə bir söz deyə bilmərəm. Məsələn, Hidayət dünya çempionu olsaydı, mən də özümdən çox, onu layiq bilərdim. Çünki bizim cüdoda tarixdə cəmi bir dünya çempionumuz var.

- Hidayəti bu ada layiq bilənlərin əsas arqumenti sənin titullarını qeyri-olimpiya çəkisində qazanmağındır.
- Olimpiya və qeyri-olimpiya çəkisi söhbəti yalnız bizdə bu qədər hallanır. Başqa yerlərdə bunun üstünə gələn yoxdur. Mən razı deyiləm bu məsələ ilə.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X