10:07 19.01.2023 727

"Mənim Parisdə olub-olmayacağım onların güləşindən də asılı olacaq" - MÜSAHİBƏ

Azərbaycan yunan-Roma güləşi millisinin üzvü, dünya və üçqat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Rafiq Hüseynovun Fanat.Az-a müsahibəsi

- Rafiq, olimpiya medalçısı olduqdan sonra dünya, növbəti il isə üçüncü dəfə Avropa çempionu oldunuz. 2023-cü ildə qarşıya hansı hədəfləri qoymusunuz?
- Bu il müalicəm əgər uğurla tamamlanarsa, Avropa çempionatında güləşməyi hədəfləmişəm. Həmçinin planda bəzi reytinq turnirləri var. Son olaraq isə bizi dünya çempionatı gözləyir. Ən vacib olan təbii ki, o yarışdır.

- Ötən il dünya çempionatında uduzduğunuz özbəkistanlı idmançıdan Bakıdakı Dünya Kubokunda revanş almağı bacardınız. Mundiala tam formada qatılmadığınızı nəzərə alsaq, demək olarmı ki, həmin məğlubiyyətiniz sadəcə bu səbəbə görə, başqa sözlə, təsadüfi idi?
- Özbək idmançısına uduzmağım deməzdim ki, təsadüfi idi. O da güclü idmançıdır. Sadəcə müəyyən zədələrim varıydı, bunlar yarış vaxtı mənə mane oldu. Doğrudur, Bakıdakı Dünya Kubokunda da zədələr varıydı, amma o yarışda fərqli güləş göstərdim. Düzü, dünya çempionatında rəqibi lazımınca dəyərləndirməmişdim. Belə düşünürəm, Serbiyada zədədən çox rəqibi düzgün dəyərləndirmədiyim üçün uduzmuşdum. Zədələr də məğlubiyyətə belə demək olarsa, təkan vermişdi. 

- 2023-cü ilin dünya çempionatı həm də Olimpiadaya lisenziya xarakterli olacaq. Yarışa olimpiya çəkisində qatılmaq planı varmı?
- Xeyr. Düşünürəm, 82 kiloqramda güləşim.

- Yaxın olduğunuz olimpiya çəkilərindəki rəqabət barədə  və ümumilikdə Paris-2024-lə bağlı düşüncələriniz nədir?
- Hazırda Paris-2024 haqda düşünmürəm. Hazırkı hədəfim ikiqat dünya çempionu olmaqdır. Nəsib olarsa, daha sonra yaxın çəkilərdən birində çıxış etmək istəyirəm. Həmin çəkilərdəki idmançıları izləyirəm. Düşünürəm, mənim Olimpiadada olub-olub olmayacağım onların necə güləşməsindən də asılı olacaq. Yaxın olan çəkilərdə gənc idmançılarımız öz sözlərini deyib lisenziya alacaqları təqdirdə mənim onlarla rəqabətə girmək fikrim yoxdur. Fikirləşirəm, gənc idmançılara da yol açmaq lazımdır.

- Yunan-Roma yığma komandası ötənilki nəticələrlə ümumilikdə ölkənin ən yaxşısı oldu. Millinin ən təcrübəli üzvü, liderlərindən biri kimi Olimpiada ilə bağlı proqnozunuzu bilmək maraqlı olar. Hansı idmançılardan lisenziya, medal gözləməyə dəyər?
- Doğrudan da ötən il bizim üçün çox yaxşı keçdi. Tək böyüklər deyil, yeniyetmə və gənclər də dünya və Avropa çempionatlarında komanda hesabında liderlər arasında oldular. Bununla belə, cari il bizim üçün çox çətin olacaq. Əvvəlcədən fikir söyləmək çətindir. Hər şey ola bilər. Çox perspektivli idmançılarımız var. Həsrət Cəfərov və Sənan Süleymanova çox inanıram. Onlardan dünya çempionatında lisenziya gözləyirəm. Əlbəttə, çox yaxşı olardı ki, dünya çempionatında mümkün qədər çox lisenziya alıb, Olimpiadaya rahatlıqla hazırlaşaq.

- Zəngin təcrübəsi, savadı ilə seçilən idmançısınız. Karyeranızı bitirdikdən sonra məşqçi olaraq çalışmaq kimi bir istəyiniz varmı?
- Hazırda mən həm də təhsilimlə məşğulam. İdman menecmenti ixtisası üzrə magistr təhsili alıram. Təhsil ingilis dilindədir. Təhsilimi bitirdikdən sonra daha böyük planlar haqda düşünürəm. Məşqçilik işi çətin, ağır işdir. Buna baxmayaraq hər an komandama kömək etməyə, təcrübəmi bölüşməyə hazıram.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

Facebookdan bizi izləməyi unutmayın.
X