15:17 18.04.2025 318

"Bu ilki reallaşdırmaq istəyirəm" - Avropa çempionu Nihat Məmmədli

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Slovakiyada keçirilən son Avropa çempionatında Azərbaycanın həm sərbəst, həm də yunan-Roma güləşi millisi qitə birinciliyinin qalibi adını qazandı. 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən "klassiklər" 151 xalla ikinci dəfə Avropanın ən güclüsü ünvanına sahib çıxdılar. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə Vətənə bürünc medalla döndülər. AÇ-də rəqiblərinə göz açmağa imkan verməyən, olduqca parlaq performansla diqqət çəkən Nihat Məmmədli ilə söhbətləşmək qərarına gəldik.

22 yaşlı idmançının Fanat.Az-a müsahibəsi belə alındı: 

- 1 il ərzində dünya və ikiqat Avropa çempionluğu, üstəlik, yüksək stabilliyi cəmi 22 yaşda qazanmaq... Sonuncu Avropa çempionatında isə rəqiblərinə demək olar ki, heç bir şans vermədin. Qitə birinciliyindəki aşkar səviyyə fərqinin və ümumiyyətlə, uğurlarının pərdəarxası maraqlıdır...
- Şükürlər olsun ki, bu yaşda yaxşı nəticələr qazanmışam. Ötən il Avropa və dünya çempionu oldum, bu dəfə yenidən qitə birinciliyində uğur qazandım. Allah qoysa, istəyirəm ki, bu il həm də dünya çempionu olum, nəticəmi təkrarlayım. Çalışıram ki, qazandığım nəticəni öz gözümdə çox da böyütməyim. Hər uğurun sevincini yaşayandan sonra geridə qalanı unutmaq və növbəti yarışa fokuslanmaq daha doğru yanaşmadır. Bu yarışdakı qarşılaşmaların çoxu rahat keçsə də, rəqiblərimin əksəriyyəti titullu idmançılar idi. Yarımfinalda Avropa və dünya çempionu ilə üz-üzə gəldim. Finalda qarşılaşdığım Georgi Tibilov isə Avropa və dünya çempionatında mükafatlar qazanmış idmançı idi. Yəni hər birinə hörmətlə yanaşırdım. Yarışa istər psixoloji, istərsə də fiziki və texniki baxımdan yaxşı hazırlaşmışdım. Elə buna görə də qarşıma qoyduğum məqsədə çata bildim.

- Məlumdur ki, sonuncu Olimpiadaya qatıla bilmədiyin üçün çox üzülmüşdün. Dünya və Avropa çempionluqları bu boşluğu nə dərəcədə sığortalayıb?
- Düzdür, ötən il Olimpiadaya qatıla bilmədim. Açığı, iki ay özümə gəlmədim. Hətta istədiyim qaydada məşq edə də bilmirdim. Sonra hiss etdim ki, bu dərəcədə üzülməyin sonu yoxdur. Psixoloji cəhətdən daha güclü olmaq, uğursuzluğu unutmaq lazım idi. Çətin də olsa, unutmaq yeganə yol idi. Hər şeyi bir kənara qoyub qarşıdakı dünya çempionatına hazırlaşdım. Əlbəttə, Olimpiadada medal qazanmaq tam başqadır. Amma qismət belə imiş. Bəlkə də heç orada medalçılar siyahısına düşə bilməyəcəkdim. İndi dünya çempionu kimi yadda qalmışam. Xeyirlisi nədirsə, elə də olsun. 

- Millinin məşqçisi Həsən Əliyevin bu yaxınlarda Avropa çempionatı ilə bağlı fikirləri diqqətimizi çəkdi. Demişdi ki, yığmada idmançılar artıq yalnız rəqiblərini deyil, həm də titullarına görə bir-birini keçmək istəyir. Məsələn, sənin yaşıdın, olimpiya mükafatçısı və üçqat Avropa çempionu Həsrət Cəfərova qarşı belə bir "marağın" var?
- Həsən müəllimin səsləndirdiyi fikir maraqlı fikirdir. Ola bilsin ki, belədir. İki dəfə uğur qazanısan, istəyirsən ki, üçüncü də olsun, üç dəfə qazanırsan, istəyirsən ki, dörd olsun... Həsrətlə rəqabətə gəlincə, başqa çəkilərdəyik. İki ildir ardıcıl olaraq mən uğur qazanıram, üç ildir Həsrət qazanır. Mən birinci ilimdə 3-cü yeri tutmuşdum, Həsrət çempion olmuşdu. Sonrakı illərdə ikimiz də çempion oluruq. Məqsədim Həsrəti geridə qoymaq deyil. Hər il hər ikimiz titul qazansaq, daha yaxşı olar. O da qalib gəlsin, mən də. Həsrətlə ikimiz bir yerdə böyümüşük. Eyni məşqçinin tələbəsiyik. Onun uğurlarına da öz uğurlarım qədər sevinirəm. Bundan sonra da sevinəcəm. 

- Beş ay sonra Zaqrebdə keçiriləcək dünya çempionatı barədə nə fikirləşirsən?
- Bütün fikirlərimiz, planlarımız Zaqrebdəki dünya çempionatına hesablanıb. Keçən il 63 kiloqram çəkidə dərəcəsində dünya çempionu olmuşdum. Bu il 60 kiloqramda həm Avropa, həm də dünya çempionu olmaq istəyirəm. Allah qoysa, iki il ardıcıl olaraq nəticəmi təkrarlamaq arzusundayam. Səhv etmirəmsə, bizdə güləşdə iki il dalbadal həm dünya, həm də Avropa çempionatında qızıl medal qazanan olmayıb. Bu ilki reallaşdırmaq istəyirəm.

- 60 kiloqramda çıxış etsən, çox güman ki, rəqiblərin arasında bu çəkidə son iki DÇ-nin qalibi qırğızıstanlı Jolaman Şarşanbekov da olacaq. Sən isə sözügedən idmançı ilə bildiyim qədər heç vaxt qarşılaşmamısan... Lakin istənilən halda fikrin maraqlıdır: indiki durumda Şarşanbekov üçün nə boyda təhlükəsən? 
- Dünya çempionatındakı mümkün rəqiblərim haqda az-çox məlumatım var. Jolaman Şarşanbekov Olimpiadadan sonra heç bir yarışda iştirak etməyib. Heç Olimpiya çempionu Kenitiro Fumita da növbəti turnirlərə qatılmayıb. Yəni çəkilərini dəyişə də bilərlər, dəyişməyə də. Yalnız bunu deyə bilərəm ki, bütün rəqiblərimlə mübarizəyə hərtərəfli hazır olmalıyam. Əlimdən gələni etməli, mümkün qədər yaxşı hazırlaşmalıyam. 

- 2021-ci ildə Bakıda məşq zamanı qolun sınmışdı. Belə olmasaydı, olimpiadada iştirak etmiş, hətta Olimpiya medalı qazanmış Nihat Məmmədli statusu daşıya bilərdinmi? Ümumiyyətlə, o hadisə səni nə dərəcədə geri saldı?
- 2020-nin sonlarında qabırğam sınmışdı. İki ay məşq etmədim. Sonra məşqlərə yeni-yeni başlayan zaman topuğumdan ciddi zədə aldım. Topuğumdakı zədə sağalanda qolum sındı. Hardasa yarım il məşq edə bilmədim. O zədə məni çox geri salmışdı. Qolum sınmasaydı, Olimpiadada mükafat qazana bilərdimmi, bilməzdimmi, bu, artıq çətin sualdır. Dediyim kimi, qismət deyilmiş. 

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
14:15

Milli üçün "Çempionlar şənliyi" olacaq

13:56

Əliyar Ağayev Serbiyanın oyununa təyinat aldı

13:19

Ərəblər "Mançester Siti"nin ulduzunu da aparırlar

12:53

Neymar koronavirusa yoluxdu

12:20

"Barselona" ter Ştegendən qurtulmağın yolunu tapdı

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Paçettino "Tottenhem"ə mümkün dönüşündən danışdı - "100 məşqçidən biriyəm"

10:41

Günün oyunları bu kanallarda - AFİŞA

10:06

U-21 Sumqayıtda Monteneqro ilə qarşılaşır

09:38

Millətlər Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Azərbaycan millisinin rəqibi Kanada ilə bacarmadı

01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

Facebookdan bizi izləməyi unutmayın.
X