Güləş üzrə veteranların dünya çempionatında Fransanı təmsil edən azərbaycanlı güləş ustası yarışın bürünc medalını qazanıb.
Fanat.Az xəbər verir ki, Mürşüd Məmmədov Bolqarıstanda keçirilən mundialda yunan-Roma növündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, M. Məmmədov 1984-cü ildə Bakıda anadan olub, 2010-cu ildən Fransada yaşayır. Həmyerlimiz 1996-cı ildən güləşlə məşğul olur.