Noyabrın 5-6-da Bakıda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək yarış İctimai Telekanal vasitəsilə canlı yayımlanacaq.
Dünya Kubokunu arenadan izləmək istəyən azarkeşlər isə biletləri onlayn qaydada "iticket.az" saytından ala biləcək. Yaxın günlərdə biletlərin satışına start veriləcək.
Xatırladaq ki, ilk dəfə Bakıda tətbiq olunacaq formata uyğun olaraq, A qrupunda Türkiyə, İran, və Qırğızıstan, B qrupunda isə Azərbaycan, Serbiya, və dünya yığması mübarizə aparacaq. Qrup qalibləri finala yüksələcək. Qrup ikinciləri isə bürünc medal uğrunda mübarizə aparacaq.