Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu və I Avropa Oyunlarının qalibi Rəsul Çunayev idman məktəbi açıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı idmançı özünün adını daşıyan yunan-Roma güləşi üzrə idman məktəbinin açılışını edib.
Açılışdan sonra 15 yaşadək güləşçilər arasında açıq birincilik keçirilib. Qaliblərə medal və diplomlar verilib. Qalibləri mükafatlandıranlar arasında yunan-Roma güləşi üzrə millimizin üzvü, ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli də olub.
Qeyd edək ki, idman məktəbi 189-190 saylı tam orta məktəbin nəzdində fəaliyyət göstərir.