17:58 23.11.2022 1522

"O, bizim hamımızdan yaxşıdır, Olimpiadada yüz faiz medal alacaq" - MÜSAHİBƏ

Azərbaycan yunan-Roma güləşi yığmasının üzvü, Avropa çempionatlarının və Avropa Oyunlarının mükafatçısı İslam Abbasovun Fanat.Az-a müsahibəsi

- İslam, zədədən yeni dönmüsən. Məşqlərə uyğunlaşa bilirsənmi?
- Yavaş-yavaş uyğunlaşıram. Hazırda güləşçilər dekabrın sonlarında keçiriləcək ölkə çempionatına hazırlaşır. Hamı öz klubunda, cəmiyyətində məşq keçir. Mən də Sumqayıtda məşq edirəm. Amma respublika çempionatına qatılmaq barədə tərəddüd edirəm, açığı. Zədəm yeni sağalıb. Bilirəm ki, güləşsəm, rəqiblərim nəyin bahasına olur-olsun məni udmaq istəyəcək, əməliyyat olunan nahiyəmə yüklənəcəklər. Hələ ki qərar verməmişəm. Amma böyük ehtimalla yarışı buraxacağam. 

- Əvvəlki ölkə çempionatında rəqiblərini birnəfəsə keçmişdin. Düşünürsənmi ki, indiki vəziyyətdə güləşsən belə, sənə rəqib tapılmaz?
- Açığı, qatılası olsam, bilirəm ki, bu qədər aradan sonra ilk yarışda güləşim ürəyim istəyən kimi alınmayacaq. Az müddət keçməyib. Belədə yenidən yarış xalçasına qayıdanda tempi tuta bilmirsən.

- Bu ilin əsas yarışlarını buraxmaq məcburiyyətində qaldın. Cəmi dörd ay sonra isə Avropa çempionatı, daha sonra Olimpiadaya lisenziya xarakterli mundial var. Bu məcburi istirahət sənə necə təsir edib? Qarşıdakı məsul yarışlarda hədəflərin nədir?
- Çox fikirləşdim. Qayıdıb-qayıtmamaq barədə tərəddüdə düşmüşdüm. Düşündüm ki, qayıdıramsa, ən yaxşı şəkildə qayıtmalıyam. Axırı qərar verdim ki, qayıdıb sözümü deməliyəm, idmandan belə gedə bilmərəm. Nə edə biləcəyəmsə, qarşıdakı iki il ərzində edəcəyəm. Dünya, olimpiya medalı qazandıqdan sonra artıq karyeramı rahatlıqla başa vura bilərəm. Zədə səbəbindən İslamiada, dünya çempionatı, Dünya Kubokunu buraxmaq mənə çox pis təsir elədi. 2022-ci ildə yaşadığım şanssızlığı qarşıdakı yarışlarda ən yaxşı nəticələrlə unutmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

- Paris-2024-dən sonra sənin hələ cəmi 28 yaşın olacaq. Vidalaşmaq üçün tez deyil?
- Ondan sonra yəqin ki, bir-iki il davam edərəm. 30 yaşdan sonra professional idmanla məşğul olmaq istəmirəm. 

- Niyə?
-  Professional idmanla məşğulsansa, şəxsi həyata diqqət ayırmaq olmur. Həm onadək nəsə edə bilməsəm, davam etməyə də həvəs olmayacaq. Öncədən danışmaq yaxşı deyil, amma 30-dan sonra həqiqətən idmanla vidalaşmaq istəyirəm.

- Əsas rəqiblərindən ukraynalı olimpiya və dünya çempionu Jan Belenyuk karyerasını bitirdiyini açıqlamasa da, çoxdandır güləşmir, almaniyalı ikiqat olimpiya medalçısı Denis Kudla isə ümumiyyətlə, güləşlə vidalaşıb. Rusiya təmsilçiləri isə məlum səbəblərdən artıq uzun müddətdir ki, yarışlara qatıla bilmir. Nə düşünürsən, indi dünya, olimpiya medalı qazanmaq müqayisədə nə qədər rahatdır?
- Adıçəkilən idmançılar həqiqətən çox güclüdürlər. Onların yerinə gələnlər yarış təcrübəsi yığınca, daha təcrübəli idmançılar üçün fürsət yaranır. Səmimi demək lazımdırsa, Rusiya, Belarus idmançılarının da yoxluğu həqiqətən yaxşı imkandır. 

- Onların yoxluğunda 87 kiloqram çəki dərəcəsində lider, başqa sözlə, sənin üçün ən ciddi rəqib kimdir?
- Gürcü əsilli Serbiya güləşçisi Zurabi Datunaşvilini deyərdim. 

- Son Avropa çempionu və dünya finalçısı danimarkalı Turpal Bisultanov barədə nə düşünürsən?
- Onu keçmək elə çətin deyil. Əminəm ki, son Avropa çempionatında öz səhvimdən əvvəlki mərhələdə uduzmasaydım, finalda ona qalib gələrdim. Bisultanov stabil idmançı deyil. Həm bildiyimə görə, çəkisi də çox qalxıb. Yenidən 87-yə salıb formada olacağına inanmıram. Sadəcə, Serbiya güləşçisi çox güclüdür. Son illər çox artırıb.

- Serbiya demişkən, dünya çempionatı yenidən bu ölkədə keçiriləcək. Onların ardıcıl ikinci dəfə mundialın ev sahibliyi hüququna yiyələnməsi etirazla qarşılandı.
- Düzgün deyil axı. Məlumdur ki, Dünya Güləş Birliyinin serb rəhbəri Nenad Laloviç bu məsələdə maraqlıdır. Demirəm ki, Bakıda keçirilməliydi. Neytral, yəni böyük güləş ənənəsi olmayan ölkədə keçirilməsi daha yaxşı olardı. Bir ölkənin ardıcıl iki dəfə ev sahibliyi etməsi təşkilatın nüfuzuna da xələl gətirir. 

- Üstəlik, builki yarışla bağlı çox söz-söhbətlər oldu. Konkret olaraq, hakimlərin ev sahibi ölkənin təmsilçilərinə köməklik etməsi, serblərin dörd dünya çempionunun hamısının xeyli artıq çəki ilə güləşdikləri qeyd olunurdu.
- Digər çəkilərlə bağlı konkret fikir bildirmək istəmirəm. Amma diqqətimi çəkən 63 kilodakı idmançıları oldu. Adam 72 kiloda güləşənlərdən seçilmirdi. Hakimliklə bağlı isə hər şey aydındır. Sadəcə, Datunaşvilinin çempionluğu söz yeri qoymadı, məncə.

- Bütün idman növləri arasında il ərzində ən yaxşı nəticələr yunan-Roma güləşində qeydə alındı. Başqa sözlə, ilin komandası adına ən real namizəd yunan-Roma güləşi yığmasıdır. Lakin komandanın əsl gücü növbəti - Olimpiadaya lisenziya yarışlarının başladığı 2023-cü ildən görünməyə başlayacaq. Komandanın Olimpiada potensialını necə qiymətləndirirsən?
- Düşünürəm, Olimpiya Oyunlarına üç lisenziyamız olacaq. Onlardan ikisini dünya çempionatında qazana bilərik. Məncə, hazırda komandamızda olimpiya medalına ən real namizəd Həsrət Cəfərovdur. O, indi bizim hamımızdan yaxşıdır. Bizim hərəmizin müəyyən boşluqlarımız var, amma onda bu yoxdur. Fikrimcə, Həsrət olimpiya çempionu da ola bilər. Bunun üçün onun tam potensialı var. Digər namizədlər isə Murad Məmmədovla Sənan Süleymanovdur. Həsrət barədə hardasa 100 faizlik fikir bildirmək mümkündürsə, onların şansların, belə desək, 50/50-yə qiymətləndirirəm. Kifayət qədər güclü idmançılardır, amma stabil deyillər. Bildiyiniz kimi, mən özüm də stabil deyiləm. Ümumiyyətlə, stabil idmançı olmaq çox çətindir.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

Facebookdan bizi izləməyi unutmayın.
X