UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edib.
Hər iki matç məhsuldar alınıb. Belə ki, İtaliya və İngiltərədəki qarşılaşmalarda azarkeşlər ümumilikdə 11 qola şahidlik ediblər.
“Aston Villa” İngiltərədə Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gəlib və məğlubiyyətə üzülüb.
İtaliya təmsilçisi “Fiorentina” isə evdə Belçikanın “Brügge” komandasına çətinliklə də olsa, qalib gəlib.
Cavab matçları mayın 9-da keçiriləcək.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, ilk oyunları
2 may
“Aston Villa” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) 2:4
Qollar: Uotkins, 45+1. Diabi, 52 – El Kaabi, 16; 29; 56. Hezze, 67.
“Villa Park” stadionu
“Fiorentina” (İtaliya) – “Brügge” (Belçika) 3:2
Qollar: Söttil, 5. Belotti, 37. Nzola, 90+1 – Vanaken, 17-pen. Tyaqo, 63.
“Artemio Franki” stadionu