“Fənərbağça”nın UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda - “Olimpiakos”la səfər görüşündə zədələnən müdafiəçisi Ceyden Ostervoldenin son vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçın 43-cü dəqiqəsində xəsarət alan 22 yaşlı futbolçunun durumu ciddidir.
Xəbərə görə, Ostervolde Niderlandda əməliyyat olunacaq. Arxa xətt oyunçusu bu gün Niderlanda yollanacaq.
Xatırladaq ki, İstanbul təmsilçisi Yunanıstandan 2:3 hesablı məğlubiyyətlə dönüb.
Nihat