Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə qolsuz bərabərliyə razılaşdığı "Ayaks"ı darmadağın edən (4:0) "Aston Villa"nın baş məşqçisi Unai Emeri komandasının qələbəsindən danışıb.
Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinə parlaq nəticə ilə yüksələn İngiltərə təmsilçisinin çalışdırıcısı fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Xoşbəxtəm. Biz çox yaxşı oynadıq. Planlarımızı istədiyimiz şəkildə həyata keçirdik. Rəqibi kəndirdə saxladıq, əl-qol açmalarına imkan vermədik. Düzdür, "Ayaks" qırmızı vərəqə alandan sonra işimiz asanlaşdı, amma ilk yarıda da yazşı çıxışla diqqət çəkdik.
Avropada çox uğurlara nail olmuşam. İndi də bunu "Aston Villa"da etmək istəyirəm. Əlbəttə, mükafat qazanmağı arzulayırıq. Amma hazırda yalnız növbəti rəqibimiz barədə düşünürük".
Nihat