"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”a qarşı keçirəcəyi oyunları yerli telekanallardan hansının yayımlayacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın bu rəqiblə hər iki duelini ekranlara "CBC Sport" daşıyacaq.
Qeyd edək ki, tərəflər arasında ilk matç iyulun 25-də Sumqayıtda keçiriləcək və saat 20:00-da başlayacaq.
Cavab görüşü isə iyulun 31-də Sekeşfehvarda olacaq. Sözügedən qarşılaşmaya isə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Nihat