"Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə qarşı keçirəcəkləri matçdan - UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis belə danışıb:
"Qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir. Maraqlı oyun olacaq. İkinci matç birincidən fərqlənir. Artıq demək olar ki, rəqiblər də bir-birini tanıyırlar. "Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq. Biz yaxşı oynamaq istəyirik".
Qeyd edək ki, avqustun 29-da "Dalğa Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Kiprdəki ilk matç "Omoniya"nın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.