Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniya "Eqnatiya"sı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Vikinqur"un (İslandiya) qonağı olub.
Fanat.Az xəbər verir ki, oyun "Eqnatiya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Start "11-lik"də yer alan Zamiq 79-cu dəqiqədə əvəzlənib. O meydandan alınandan sonra hesab dəyişməyib.
Nihat