UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş"ın müdafiəçisi Artur Masuakunun cəzası 2 oyundan 1 oyuna endirilib.
Fanat.Az xəbər verir ki, məlumatı İstanbul klubunun mətbuat xidməti yayıb.
Bu isə o deməkdir ki, KL-in 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Tirana" - "Beşiktaş" matçında qırmızı vərəqə alan 29 yaşlı oyunçu yalnız "Neftçi"yə qarşı Bakıda keçirəcəkləri birinci görüşdə komandasına kömək etməyəcək.
Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" qarşılaşması avqustun 10-da "Neftçi Arena"da baş tutacaq. Tərəflərin ikinci dueli avqustun 17-də İstanbulda reallaşacaq.
Nihat