UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Zirə"nin qonağı olacaq Xorvatiyanın "Osiyek" klubu dəstəksiz qalmayacaq.
Bunu Fanat.Az-a açıqlamasında "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə deyib:
"Osiyek" dünən gəlib və "Wyndham Baku" otelində məskunlaşıb. Rəqib Bakıya 30 azarkeş gətirib. Bundan başqa, 2 xorvatiyalı jurnalist də Azərbaycana təşrif buyurub".
Qeyd edək ki, tərəflərin ilk dueeli 1:1 hesabı ilə yekunlaşıb. "Zirə" - "Osiyek" qarşılaşması avqustun 15-də "Dalğa Arena"da keçiriləcək. Görüş saat 20:30-da başlayacaq.
Nihat