"Sabah"ın futbolçusu Pavol Şafranko UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Sent Patriks"ə (İrlandiya) qarşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, slovakiyalı hücumçu mətbuat konfransında belə danışıb:
"Komandada ab-hava çox yaxşıdır. Kollektiv olaraq uğura köklənmişik. Sabah azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanacağımıza inanırıq. Hər görüşə qalibiyyət əzmi ilə çıxırıq. Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik".
Qeyd edək ki, "Sabah" - "Sent Patriks" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.