"Zirə"nin futbolçusu Ceyhun Nuriyev UEFA Konfrans Liqasının pley-off mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Omoniya" güclü komandadır. Həftə boyu rəqibin oyunlarını təhlil etmişik. İnşallah, sabah hər şey meydanda istədiyimiz kimi gedəcək. Vətənə ən yaxşı nəticə ilə qayıdacağımıza inanıram. Ümumilikdə isə cütün taleyi Bakıda həll olunacaq".
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra reallaşacaq.