UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Neftçi" də Avstriyada növbəti oyununa çıxıb.
"Ağ-qaralar" "Rapid" (Vyana) klubu ilə qarşılaşıb.Oyunun əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatdığından əlavə vaxt oynanılıb. İkinci 15 dəqiqədə daha bir qol buraxan "Neftçi" 0:2 uduzub və beləliklə, Konfrans Liqası, ümumiyyətlə, avrokubokla vidalaşıb.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
11 avqust
"Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan) 2:0
Qollar: Marko Qrüll, 66, Ferdi Dreyf, 113
"Rapid": 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Gerrit-Kün, 9. Qvido Burqştaller, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 22. Martin Kostselnik, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 34. Nikolas Satlberger
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 5. Roman Kerşbaum, 8. Kristof Knasmüllner, 10. Yusuf Dəmir, 19. Mixael Sollbauer, 23. Yonas Auer, 28. Morits Osvald, 38. Ferdi Dreyf, 39. Rene Krivak, 41. Bernhard Zimmerman, 43. Leopold Kverfeld
Baş məşqçi: Ferdinand Feldhofer
"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)
Vyana, "Allianz" stadionu