Bu gün futzal üzrə Azərbaycan millisi elit-raund mərhələsində ilk ev oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, futzalçılarımız Niderland yığması ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək oyun saat 18:30-da start götürəcək. Matç "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, millimiz qrupda ilk görüşünü sentyabrın 15-də səfərdə Rumıniyaya qarşı keçirib və 1:3 hesabı ilə uduzub.
DÇ-2024
Elit-raund
20 sentyabr
18:30. Azərbaycan - Niderland
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (hamısı Kiprdəndir)
Hakim-inspektor: Sebastian Stauicki (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)
Bakı İdman Sarayı