Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv İngiltərə ilə qarşılaşacaq.
Gənclər tsiklin son matçını - 10-cu turun oyununu səfərdə keçirəcəklər. Bristol şəhərindəki "Aşton Qeyt" stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək. Qarşılaşmanı xorvatiyalı referi İvana Martinçiç idarə edəcək.
Qeyd edək ki, hazırda F qrupunda Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikincidirsə, 3 xala malik Azərbaycan millisi turnir cədvəlinin 6-cı sonuncu pilləsindədir.