22:19 16.05.2018 1709

Milli komandamıza Rusiya, Ukrayna və Türkiyədən futbolçular cəlb oluna bilər

"Düşünürəm ki, maraqlı, sürətli oyun izlədik. Yetərincə qol epizodları oldu, hər iki komanda kombinasiyalı futbol sərgilədi. Düşündüyümüz bir çox şeylər alındı. Ancaq xırda səhvlərə yol verdik və nəinki qələbə, heç bərabərliyi də qoruya bilmədik".

Fanat.Az xəbər verir ki, bu sözləri Gürcüstanın U-20 yığması ilə yoldaşlıq oyunundan sonra Azərbaycanın müvafiq yaş qrupundan olan milli komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

Sadıqov 1:2 hesabı ilə yenildikləri oyundan sonra fikirlərini bildirib: "Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir. Komanda yenidi. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budu ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır. Oyundan öncə danışığımız oldu. Sonra belə ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. Birinci oyundu, səhvlər olması normaldı. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi".

"Mayın 27-dək birgə olacağıq. Bundan sonra qərar verəcəyik ki, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya qayıdacaqlar" deyə baş məşqçi əlavə edib.

Rəşad Rusiyaya səfərinin səbəbləri barədə də danışıb: "Orada 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə də, Ukraynaya da gedəcək, oradakı futbolçularımızla da maraqlanacağam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacağam".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2025
00:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11 İyun 2025
23:50

"Bu mənə ən uyğun gələn oyun tərzidir" - Teyani Reynders

23:19

"Çelsi" Ceydon Sanço ilə bağlı qərarını açıqladı

22:53

Çempion "Jirona"nın futbolçusu ilə güclənir

22:32

"Qarabağ" Andrade, Veşoviç və İbrahimli ilə də vidalaşdı - RƏSMİ

22:23

FİFA prezidenti açılış oyununda anşlaq vəd etdi

21:48

"Visla"nın əsas investoru şam yeməyindən sonra dünyasını dəyişdi

21:29

Benzia "Qarabağ"dan getdi - RƏSMİ

20:48

Azərbaycan klubu koreyalı oyunçu ilə gücləndi

20:09

"Sən demisən ki, bizə finalda kömək ediblər" - Messi özündən çıxdı

19:54

"Real"ın 20 yaşlı forvardı ilə bağlı yekun qərar verildi

19:18

Azərbaycan millisi Belarusla qarşılaşacaq

18:51

Skaloni Messini niyə əvəzləyib?

18:15

Keyn Seneqala məğlubiyyətdən sonra paylaşım etdi

17:44

"Qalatasaray" alman ulduzla razılığa gəldi

17:10

Santuşlu milli seçmə mərhələyə nə dərəcədə hazırdır? - Mütəxəssislər dəyərləndirdilər

16:53

Azərbaycan boksçusu beynəlxalq turnirin qalibi oldu

16:35

"Sabah"da ayrılıq reallaşdı - RƏSMİ

16:18

II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşdi

15:59

Azərbaycan taekvandoçularından 4 "qızıl", 2 "gümüş"

15:40

"Sumqayıt" yerli, yoxsa əcnəbi mütəxəssisə tapşırılacaq? - Riad Rəfiyevdən açıqlama

15:20

Emin Mahmudov mükafatlandırıldı

14:43

Keyn Tuxeli sevindirməyə davam edir - Milli tarixində ilk yaşandı

14:25

Azərbaycan və Türkiyə milliləri birgə hazırlıq keçir

14:07

İngiltərə millisi bir oyunda iki antirekorda imza atdı

13:49

Depay Robin van Persinin rekordunu təkrarladı

13:30

VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı görüş keçirildi

13:11

Tomas Tuxel Seneqaldan aldıqları məğlubiyyəti şərh etdi

12:53

"Neftçi"dən ayrılan alman Şeydayevin sabiq klubuna keçdi

12:35

"Mançester Siti" "Milan"ın ulduzunu heyətinə qatdı - RƏSMİ

11:58

"Gürcüstan yığması heç-heçəyə görə sevinirsə..." - Aqil Nəbiyev

11:41

Dünya reytinqi açıqlandı - “Qarabağ” neçəncidir?

11:23

Avropa çempionatı: Qız güləşçilərimiz mübarizəyə qoşulur

11:04

Azərbaycan millisi Belarusa yollandı

10:45

Ançelotti Braziliyanın DÇ-2026-ya erkən vəsiqə qazanması ilə bağlı danışdı

10:27

DÇ-2026: Daha iki ölkə mundialda iştirakını təmin etdi

10:01

"Mançester Siti" Fransa millisinin üzvünün keçidini reallaşdırdı

09:40

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

Türkiyə tarixində ilk dəfə qarşılaşdığı yığmaya uduzdu

09:00

"Atalanta" oyunçusunun Madrid nəhənginə getdiyini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X