"Bu titul Azərbaycan xalqınındır".
Fanat.Az xəbər verir ki, bu sözləri ABŞ təmsilçisi Reymond Denielsə qalib gələrək "Karate Combat"da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev deyib.
37 yaşlı idmançı Denielsin "Karate Combat"da üz-üzə gəldiyi ən güclü döyüşçü olduğunu bildirib:
"Bir il səkkiz ay əvvəl anam vəfat edib. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və dünya çempionu oldum".
Qeyd edək ki, Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.