Bir günlük fasilədən sonra Bakıda Vüqar Həşimov Memorialı davam edir.
Fanat.Az xəbər verir ki, on şahmatçının iştirakı ilə keçirilən turnirdə bu gün blits üzrə ilk 9 turun görüşləri keçiriləcək.
Qeyd edək ki, 9 turdan ibarət rapid mərhələsindən sonra özbəkistanlı Nodirbek Abdusattorov 14 xalla birinci yerdə qərarlaşıb. İspaniyalı Fransisko Valyexo və şahmatçımız Rauf Məmmədov hərəyə 12 xalla ikinci-üçüncü yerləri bölüşürlər.