Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən turnirdə çıxışına uğurla başlayıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster “Staufer-Open” yarışının ilk 2 turunda qələbə qazanıb. Bu nəticə ilə o, digər 12 iştirakçı ilə birlikdə liderlər qrupunda qərarlaşıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 201 şahmatçı iştirak edir.