16:31 13.01.2023 632

Daha bir ulduz təqaüdə MLS-dən gedir

"Los Anceles"də Qaret Beyl erası sona çatdı. 33 yaşlı uelsli bir sıra digər ulduzlar kimi karyerasını MLS-də başa vurdu.

Beyl MLS, xüsusən "Los Anceles" azarkeşlərinin xatirəsində MLS Kubokunun ötənilki finalında "Filadelfiya Yunion"a qarşı sərgilədiyi performansla yadda qalacaq. Qaretin həlledici qarşılaşmanın 120+8 ci dəqiqədə vurduğu qol və çox kritik anda topu qapı xəttindən çıxardığı epizod təbii ki, unudulmayacaq. Ancaq səmimi olsaq, "Los Anceles" üçün cari mövsüm cəmi 347 dəqiqə oynamış Beyli əvəz etmək çətin olmayacaq. Beylin gedişindən sonra bu kollektivin hücum üçlüsü böyük ehtimalla, Karlos Vela, Çiço Aranqo və Bunqadan ibarət olacaq. Bununla da, baş məşqçi Stiv Çerundolo öz ideal triosuna dönmüş sayılacaq.

Beylin MLS-dən təqaüdə çıxması təəccüblü olmamalıdır. Çünki, Beyl kimi bir çox ulduzlar öz karyeralarına məhz MLS-də nöqtə qoyublar. Təkcə bu yaxınlarda həyatını itirmiş Pele misalı kifayət edər. Öz ölkəsində "Santos"un şərəfin qorumuş "futbol kralı" karyerasını "Nyu York Kosmos"da başa vurmuşdu. 

Əslində siyahı böyükdür. Gəlin onlardan düzəltdiyimiz "10-luğ"u nəzərdən keçirək. Bəri başdan deyim ki, sıralama nisbidir. 

10 - Kaka 

"Milan klubunda simvola çevrilən, bir çoxlarının sevimlisi, "Qızıl top" mükafatçısı Rikardo Kaka "Real Madrid"də zədələr səbəbindən istədiyi performansı göstərə bilmədiyi üçün bir çox digər ulduzlar kimi bəxtini MLS-də sınamağa qərar verdi. 2014-cü ildə "Orlando Siti"yə tranfer olan braziliyalı bu zamana qədər MLS tarixində ən çox maaş alan futbolçudur.

9 - Lotar Matteus 

Almaniya millisinin formasını nə az, nə çox, düz 150 dəfə geyinərək adını Almaniya futbol tarixinə yazdıran Lotar Matteus bununla kifayətlənməyib. O, 1990-cı ildə Maradonalı Argentinanı məğlub edərək DÇ kubokunu ölkəsinə qazandırıb. Lotarın karyerasının qurub çağını Amerikada yaşayanlardandır Matteus 2000-ci ildə, "Metrostarts"da (indiki "Nyu-York Red Bulz" -red.) cəmi 16 oyun keçirdikdən sonra karyerasına son qoyub.

8 - Karlos Valderama 

Futbol tarixində təkcə öz saç düzümü ilə yox, həmdə öz oyunu ilə yaddaşlarda iz qoymuş Karlos karyerasının çox hissəsini Şimali və Cənubi Amerika klublarında keçirib. Avropada sadəcə, "Monpelye" ve Real Valyadolid"də top qovan Valderama "Mayami Fyujn", "Tampa Bey Mutini" və ən son olaraq "Kolorado Rapids"də oynayaraq (2000-2001) karyerasını başa vurub.

7 - Şon Rayt-Fillips

İngiltərə millisinin keçmiş üzvü Şaun Rayt-Fillips karyerası ərzində "Mançester Siti", "Çelsi" və QPR-da forma geyindikdən sonra özü kimi futbolcu olan qardaşı Bredliynin yanına -  "Nyu-York Red Bullz"a üz tutdu. Şon karyerasına sonrakı illərdə USL-də mübarizə aparan ( Amerika 2-ci liqası) "Finiks Rayzinq"də nöqtə qoydu.

6 - Didye Droqba 

"Çelsi" azarkeşlərinin qəlbində taxt qurmuş və 2012-ci ildə onlara tarixlərindəki ilk Çempionlar Liqası kubokunu qazandırmış Didye Droqba 2015-ci ildə Avropadakı karyerasını başa vurub okeanın o tayına yollananlardandır. 2015-2016 mövsümündə "Montreyal İmpekt" komandasında 33 oyuna 21 qol vuran Droqba daha sonra Şon Rayt-Fillipisin də formasını geyindiyi "Finiks Rayzinq"in sıralarına qatılmışdı. Həmçinin Droqra adıçəkilən klubun səhmlərinin bir hissəsini alaraq futbol tarixində ilk belə oyunçu olmuşdu.

5 - Tyerri Anri

Premyer Liqanın gəlmiş-keçmiş ən yaddaqalan futbolçularından biri olan və "Arsenal"ın heyətində ard-arda rekordlar qıran Anri əfsanəsinə çevrildiyi "Arsenal"dan sonra "Kamp Nou"nun yolunu tutmuşdu. 2010-cu ildə O, "Nyu York Red Bullz"un sıralarına qoşuldu və "Barselona"da keçirdiyi 3 ildən daha çox, düz 4 il MLS-də "Nyu-York Red Bullz"un şərəfini qorudu.

4 - Frenk Lempard 

13 il şərəfini qoruduğu və əfsanəsinə çevrildiyi "Çelsi"den 2014-cü ildə qalmaqallı şəkildə "Mançester Siti"yə keçən Lempard 2015-ci ildə "Siti qrup"un MLS komandası olan "Nyu-York Siti" ilə anlaşdı və karyerasını 2016-cı ildə məhz bu klubda bitirdi.

3 - Bastiyan Şvaynştayger

Karyerasının böyük hissəsini "Bayern Münhen"də keçirdən “Cənab Bavariya” ləqəbli Bastiyan 2 illik "Mançester Yunayted" macərasının ardından, 2017-ci ildə "Çikaqo Fayr"la anlaşdı. Bu klubun heyətində 92 oyuna çıxan Bastiyan 2019-cu ildə butslarını mıxdan asdı.

2 - Andrea Pirlo

Yəqin ki, bir qədəh çaxırdan həzz alaraq 50 metrlik ötürməni dəqiq yerinə yetirə biləcək yeganə futbolçu dünya çempionu Andreya Pirlodur. Karyerası ərzində "Milan", "İnter" və "Yuventus" kimi İtaliya nəhənglərində oynayan Pirlo 2015-ci ildə "Nyu-York Siti"yə keçərək burda Frenk Lempardla çiyin-çiyinə top qovdu və ardından mükafatlarla dolu karyerasını bitirdi.

1 - Stiven Cerrard

1998-2015-ci illərdə "Liverpul"un şərəfini qorumuş Cerrard karyerasında "Liverpul"dan sonra cəmi bir il ABŞ çempionatında oynadı. O, millidə komanda yoldaşı olmuş Devid Bekhemə məxsus "Los-Ancelesin Qalaksi"də çıxış etdikdən sonra karyerasını bitirdi.

Görünən budur ki, siyahı böyüyüəcək. İndilik isə karyerasını MLS-də davam etdirən ulduzların oyunlarını səbirsizliklə gözləyək. Az qaldı... Tezliklə görüşənədək. 

Vüsal Həsənov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X