Yanvarın 27-29-da Misirin paytaxtı Qahirədə keçiriləcək karate üzrə Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarışa ölkənin 16 idmançısı qatılacaq. Heyətdə ikiqat dünya və Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı İrina Zaretska (68 kq) və II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı (+84 kq) da yer alıb.
Kumite
Kişilər: Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Nuran Rzazadə (hamısı 67 kq), Fərid Ağayev (75 kq) Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hamısı 84 kq), Asiman Qurbanlı, Osman Osmanlı (hər ikisi +84 kq).
Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıxova (55 kq), Renata Ərəbli (61 kq) və İrina Zaretska (68 kq).
Kata
Roman Heydərov.