Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışına qatılacaq.
Fanat.Az xəbər verir ki, 16-18 fevralda Təl-Əvivdə "Böyük Dəbilqə" turnirində iştirak edən millinin 11 üzvü də daxil olmaqla, ümumilikdə 22 idmançı paytaxt Tokioda təlim-məşq toplanışına qatılacaq.
Sabah start götürəcək toplanış martın 6-dək davam edəcək.