İranlı cüdoçu Mərziyə Səbzkar beynəlxalq turnirdə hicabını çıxarmaqdan imtina etdiyi üçün tatamiyə buraxılmayıb.
Fanat.Az TASS agentliyinə istinadən məlumat verir ki, hadisə Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdmanı Festivalında baş verib.
Turnirin təşkilatçıları müvafiq qadağa zamanı Beynəlxalq Cüdo Federasiyasının qaydalarına istinad ediblər. Nizamnaməyə əsasən, hicabla güləş qadağandır, bu, zədə təhlükəsi yaradır. Bu üzdən də 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan iranlı cüdoçunun yarışdan uzaqlaşdırılıb.