"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının bu mövsüm Çempionlar Liqasının qalibi olmaq perspektivindən və sözügedən turnirin 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Liverpul"a qarşı keçirəcəkləri səfər matçından danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "Kral klubu"nun rəsmi saytına bölüşüb:
"Son oyunlarda yaxşı çıxış etdiyimizi düşünürəm. Komanda yaxşı müdafiə olunmağa davam edir ki, bu da öz növbəsində sevindiricidir. Bugünkü oyunda "arxa cəbhə"də necə təsir bağışlayacağımız həlledici olacaq.
Rəqibin hansı futbolçusundan ehtiyat edirəm? Məni narahat edən yalnız Salah və van Deyk yox, "Liverpul"dur. Onlar bizdən çəkinirlər, biz də onlardan.
Çempionlar Liqasının qalibi olmaq şansımız? Məncə, hazırda imkanlarımız daha genişdir. Bu mövsüm ÇL-i qazanmaq şansımız əvvəlkindən çoxdur".
Nihat