"Real Madrid"in hücumçusu Kərim Benzema PSJ-nin forvardı Lionel Messinin rekordunu təkrarlayıb.
Fanat.Az xəbər ki, Əlcəzair əsilli fransalı buna ardıcıl 18 Çempionlar Liqası mövsümündə qol vuraraq nail olub.
Daha öncə bu nəticəyə yalnız Messi imza atıb. Hər iki futbolçu 2005/2006 mövsümündən bəri rəqib qapılarına yol tapıb.
Xatırladaq ki, dünən ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Liverpul"un qonağı olan "Real" 5:2 hesablı qələbə qazanıb. Benzema "Enfild"də dublla yadda qalıb.
Nihat