"Napoli"nin 22 yaşlı vingeri Xviça Kvaratsxeliya formasını geyindiyi klubun tarixində indiyədək heç kimin bacarmadığını edib.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, Gürcüstan millisinin futbolçusu buna Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda - "Ayntraxt"a qarşı səfər matçında (2:0) məhsuldar ötürməyə imza ataraq nail olub.
Beləliklə, sözügedən oyunçu "Napoli" forması ilə ÇL-də assist sayını 4-ə çatdıran ilk futbolçu ünvanına sahib çıxıb.
Qeyd edək ki, tərəflərin cavab görüşü martın 15-də reallaşacaq.
Nihat