Almaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu - "Leyptsiq"lə səfər qaşılaşmasını (1:1) şərh edib.
Fanat.Az xəbər verir ki, türk əsilli futbolçu UEFA-nın rəsmi saytına danışıb:
"Bilirdik ki, "Leyptsiq" fasilədən sonra daha inamlı görünəcək. Onlar məntiqlə, ilk yarıdan razı qala bilməzdilər. Təəssüf ki, bunu bilə-bilə ikinci hissədə tez-tez top itirməyə başladıq və qol buraxdıq.
Biz bu matçda daha çox qol vəziyyəti yaratdıq. Hətta fasiləyə qədər oyunun taleyini həll edə bilərdik. Oyunumuzdan razıyıq, nəticədən yox".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması martın 14-də Mançesterdə keçiriləcək.
Nihat