Milan "İnter"inin forvardı Romelu Lukaku Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında - "Portu" ilə ev oyununda komandasına qələbə gətirən qola imza ataraq rekordçuya çevrilib.
Fanat.Az xəbər verir ki, 86-cı dəqiqədə portuqaliyalıları məyus edən Romelu ÇL-də qol sayını 17-yə çatdırıb.
Nəticədə, sözügedən hücumçu qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran belçikalı olub. O, həmyerlisi Dris Mertensi (16) geridə qoyub.
Qeyd edək ki, tərəflərin cavab görüşü martın 14-də Belçikada baş tutacaq.
Nihat