Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, səkkizinci yarış günündə Azərbaycan yığmasının dörd təmsilçisi rinqə çıxıb.
Onlardan ikisi - Nicat Hüseynov (54 kq) və Alfonso Dominqes (86 kq) görüşlərini qələbə ilə başa vurub. Tural Sarıyev (48 kq) ilə Tayfur Əliyev (60 kq) isə məğlub olaraq mübarizəni dayandırıblar.
54 kq. Nicat Hüseynov - Po-Hau Hsu (Tayvan) - 5:0
1/8 final
48 kq. Tural Sarıyev - Vittiçai Yuraçai (Tayland) - 0:5
60 kq. Tayfur Əliyev - Vsevolod Şumkov (Rusiya) - 0:5
86 kq. Alfonso Dominqes - Billi Makkallister (Avstraliya) - 5:0
Qeyd edək ki, təmsilçilərimizdən Məsud Yusifzadə (51 kq), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) də mübarizəni davam etdirir. Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev və Eldar Quliyev (92 kq) isə yarışda çıxışlarını başa vurublar.