Ukraynalı boksçu Aleksandr Usik ölkə prezidentinə "əlcək atıb".
Fanat.Az "Getty"-yə istinadən xəbər verir ki, jurnalistlərin bir neçə sualını qısaca cavablandıran 35 yaşlı peşəkar boksçu zarafatyana Vladimir Zelenskiyə mesaj ünvanlayıb.
"Tayson Fyurinin işini bitirəcəyəm. Bəli çəkimi kreyser həddinə salacağam və onunla döyüşəcəyəm. Bir daha mütləq çempion olacağam, sonra karyeramı bitirib prezidentliyə namizədliyimi irəli sürəcəyəm. Baxmayaraq ki, Zelenskidən narahat olmağa ehtiyac yoxdur. O, sakitdir, çünki gücü var".
Usik daha sonra prezidentə səslənərək "Döyüş, döyüş! Allah sənə kömək olsun!" - deyə, ona dəstək olduğunu nümayiş etdirib.
Qeyd edək ki, Aleksandr Usik son olaraq britaniyalı Entoni Coşuanı məğlub edib.
Mirağa