Ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson hazırda döyüş karyerası ilə fəal məşğul olan bloger Ceyk Pol ilə rinqə çıxacaq.
Fanat.Az "Boxing Scene"-yə istinadən xəbər verir ki, döyüş iyulun 20-nə təyin edilib.
Əfsanəvi Tayson bu boks döyüşü haqqında fikirlərini bölüşüb: “Əslində, qəribə bir xasiyyətim var. Nədən qorxuramsa, onu edirəm. 2020-ci ildə Roy Cons ilə döyüşdən çəkinirdim, amma qorxduğum hər şeyin öhdəsindən gəldim. Bu mənim xüsusiyyətimdir. İndi də rinqdə ölməkdən qorxuram.
Mən "Yutub"da Paulun 16 yaşında qəribə rəqslər etdiyi videoları görmüşəm. Amma o mənim indi döyüşəcəyim oğlan deyil. Rinqə çıxan bu oğlan öyrəşdiyim ağrıları mənə yaşatmağa çalışacaq. Əks halda, bu, onun üçün böyük səhv olardı”.