"66 kq-da çıxış edən Orxan Səfərov isə əvvəlki kimi güləşə bilmir. Orxan belə performansla Olimpiya Oyunlarında güləşə biləcəkmi? O özü bu barədə düşünməlidir".
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə deyib.
"Hazırda yığmada ən problemli çəki 66 kq-dır. Nəinki bu çəkidə, ümumiyyətlə hazırda Azərbaycan cüdosunda ən istedadlı idmançı Kəramət Hüseynov olsa da, intizamsızlığı ona mane olur. Yaşar Nəcəfov isə Zaqreb Qran Prisindən sonra enişdədir deyə onu yığmaya cəlb etməmişdik" - deyə, qurum rəsmisi sözlərinə əlavə edib.
Qeyd edək ki, Avropa çempionu və dünya çempionatlarənın ikiqat mükafatçısı olan O.Səfərov 66 kq çəki dərəcəsində Qətərin paytaxtı Dohada keçirilən mundialda ikinci görüşündə uduzaraq medalsız qalıb. Yığma DÇ-ni bir bürünc medalla başa vurub.