Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Sabah” – “Beşiktaş” xeyriyyə matçının gəlirləri bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın gəlirləri 718 min 19 manat olub.
Oyundan əldə edilmiş bütün gəlir tezliklə “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcəkdir.
Matçdan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcəkdir.