SSRİ, Belarus və Rusiya yığmalarının Azərbaycan əsilli keçmiş sərbəst güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov ABŞ çempionu olub.
Fanat.Az xəbər verir ki, o, 61 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, 24 yaşlı idmançı sentyabrda Serbiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.
Qeyd edək ki, Vüqar Orucov Barselona-1992 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat dünya və Avropa çempionudur